Saxta əlillik vəsiqəsi hazırlayan 103 nəfər saxlanıldı
Türkiyədə saxta əlillik vəsiqəsi hazırlamaqda şübhəli bilinən 114 nəfərin saxlanılmasına qərar verilib. Onlardan 103-ü artıq nəzarətə alınıb.
Yerli KİV-lər xəbər verir ki, İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən, mərkəzi İstanbul olmaqla, ölkənin on şəhərində bu istiqamətdə əməliyyatlar aparılıb.
Saxlanılanlar sağlam və ya əlillik dərəcəsi aşağı olan şəxslərə qeyri-qanuni yollarla yüksək dərəcəli əlillik vəsiqəsi hazırlamaqda şübhəli bilinirlər.
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: