Buş, Klinton və Obama kamera qarşısında peyvənd olunacaqlar
ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton digər amerikalılara ilham vermək üçün koronavirus infeksiyasına qarşı kamera qarşısında peyvənd olunmaq niyyətindədirlər.
Bu barədə CNN telekanalı xəbər yayıb.
Bildirilir ki, onlar ABŞ-ın Qida və Dərman İdarəsindən (FDA) peyvəndin istifadəsi təsdiqləndikdən sonra bu aksiyanı həyata keçirəcəklər.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: