“Koronavirusla mübarizə üçün dərman ehtiyatları azalıb” –
Nyu-York meri
“Dərman ehtiyatlarımız 1 həftəlik bəs edəcək. Amma süni nəfəs aparatları ilə bağlı problemimiz var”.
Bunu ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio koronavirusla mübarizədə yaranmış cari vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, aprelin 5-dək vəziyyətə tam nəzarət edə biləcəklər, amma bu tarixdən sonra yüzlərlə süni nəfəs aparatına ehtiyac yarana bilər. Eyni zamanda, Nyu-York meri xəstəxanaların tibb işçiləri ilə təminatında da getdikcə daha çox problem yarandığını bildirib./report
Oxunub: 507
Xəbəri paylaş
Paylaş: