Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • STM sədri Zahid ORUC: "İlham Əliyev yeni hakimiyyət qurur"
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Səfir: “İranın ali dini rəhbəri, MM-in sədr müavini, iki nazirimiz Azərbaycan əsillidir”
  • “Sağlamlığım bu gün-sabah arasında, mövcudluğum Allaha bağlıdır”
  • Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarı- TAM MƏTN
  • “IV hakimiyyət”də hansı dəyişikliklərə ehtiyac var? –Vüsalə Mahirqızı mediada islahatların zəruriliyindən yazdı

    • Tarix: 6-12-2019, 16:04

    Vüsalə MAHİRQIZI, 
    “APA-Holding”in prezidenti
     
    Dünyada baş verən proseslər, rəqəmsallaşma müstəvisinin hər gün daha da genişlənməsi və informasiya cəmiyyətinin insanı idarəetməyə yeni baxış tələb edir. Şərti olaraq, “internet adamı” adlandıra biləcəyimiz yeni insan modeli reformist, çevik, smart düşüncəli idarəetmə istəyir.
    Yaxşı olan odur ki, Azərbaycan dünyadakı bu prosesdən kənarda qalmadı. Prezident İlham Əliyev “islahat ili” kimi başladığı ilin ikinci yarısında islahatların ikinci mərhələsinə start verdi.
    Əhalinin bütün təbəqələrini əhatə edən sosial paketlərin qəbulu, böyük xalq açılımları, infrastruktur layihələrinin sayının artırılması, məhkəmə-hüquq islahatları ilə bağlı sənədin qəbul edilməsi istiqamətində atılan addımlar növbəti dəyişikliklər – struktur və kadr islahatları üçün yaxşı baza rolunu oynadı. Hazırda aparılan struktur və kadr islahatlarına “radikal və ya kardinal dəyişikliklər” demək mümkündür.
    Alt icra strukturlarından tutmuş Prezident Administrasiyası və Milli Məclisdə davam edən dəyişikliklərinin tezliklə məhkəmə hakimiyyətini də əhatə etməsi gözləniləndir.
    Prezidentin səbr və təmkin, eyni zamanda qətiyyət və inamla apardığı dəyişikliklər sistemli olduğuna görə, yeni formasiyaya keçid cəmiyyətin dəstəyi, rəğbəti və salamlaması ilə qarşılanır.
    Məsələnin mahiyyətində dayanan isə Prezident İlham Əliyevin uzun illər əvvəl, hələ islahat sözü bu ildəki kimi aktiv leksikonumuza daxil edilməmişdən çox öncə islahatların alt bazasını hazırlaması olmuşdu.
    İlham Əliyev hələ hakimiyyətinin ilk illərindən, neftin dünya bazarının favoriti olduğu vaxtlarda postneft dövrü hazırlıqlarına başladı. “Qara qızılı insan kapitalına çevirək” məşhur tezisi ilə xaricdə təhsil proqramlarına vəsait ayırdı. Azad internetin və sosial medianın ictimai rəydə möhkəmlənməsinə mane olmadı. Ölkəni birvektorlu siyasətlə idarə etmədi, yeni düşüncəli, keyfiyyətcə müasir mərhələyə hazır gənclərin oxuyub ölkəyə dönməsinə, ölkədə olanların burada təcrübə toplamalarına dəstək verdi və stimullaşdırdı. Beynəlxalq tədbirləri, dünya miqyaslı aksiyaları ölkəyə gətirdi, Azərbaycanın aparıcı trendlərdən bəhrələnməsinə imkan yaratdı. Tolerantlıq və multikultural dəyərlərin təbliğinə vəsait ayırdı, bürokratik aparatda şəffaf idarəetmə və operativ xidmət modeli olan ASAN-ı yaratdı və orda da bir kadr bazası formalaşdı. Müasir dünya ilə ənənəvi cəmiyyətin meyllərini uzlaşdırdı. Komandasının sadiq, təcrübəli, xidmətləri olmuş üzvlərini qiymətləndirməyi və fərqləndirməyi bacardı. Eyni zamanda heç vaxt ictimai rəyi, xalqın dəstəyini gözardı eləmədi, həmişə, bütün fəaliyyətinin əsas tezisi bu oldu: “Müstəqillik və xalqın dəstəyi”.
    Və bütün bunlar dünyanın hətta ən inkişaf etmiş ölkələrində kardinal islahatlardan ehtiyat edildiyi bir vaxtda “Prezident necə bu qədər rahat və özünə inamla islahatlar apara bilir?” sualının cavabı oldu.
    Beləliklə, Prezident dəyişikliklər üçün lazım olan bazanı, kadrları, şəraiti illərlə və səbrlə, təmkinlə, həm də müdrikliklə hazırlayıb. Ona görə də dinamik, sürətli və inamlı dəyişikliklər edə bilir…

    Yeni dönəmdə media

    Hakimiyyətin müxtəlif qollarında aparılan dəyişikliklər şərti olaraq “IV hakimiyyət” adlandırılan mediadan da yan keçə bilməz. Əslində, Prezidentin sentyabrda növbəti mərhələsinə başladığı dəyişikliklərdə problemlərinə toxunduğu və eyni zamanda dəstək gözlədiyi sahələrdən biri də media idi. Dövlət başçısı islahatlara mane olmaq istəyənlərin media üzərindən oynadıqları oyunları qeyd etmiş, eyni zamanda ictimai nəzarətin vacibliyinə və əhəmiyyətinə diqqət çəkmişdi. İslahatların uğurla həyata keçirilməsi üçün müstəqil və sağlam medianın, həmçinin, digər cəmiyyət institutlarının mövcudluğu mühüm şərtlər arasındadır.  
    Bu yanaşmada media təkcə struktur etibarilə formalaşmış şirkət və ya yaradıcı şəxslərin topluluğu deyil. Media cəmiyyətin vizyonu, baxışlar sistemi və yanaşması kimi xarakterizə edilə bilər. Kardinal dəyişikliklərin aparıldığı ölkənin cəmiyyətində “yeni dövr mediası”nın yaranması və ya mediaya yeni baxışın olması zəruridir.
    Terminlərlə sahənin mütəxəssisi olmayan oxucunu yormaq istəmədiyimə görə, fikrimi daha sadə ifadə etməyə çalışacam. Məsələnin mahiyyətində bu dayanır: interaktiv medianın-yəni internetin, saytların və online medianın, həmçinin “ağıllı telefonların” olmadığı zamanın insanı yalnız məlumat daşıyıcısı və məlumat alıcısı idi. Yeni dövrün insanı isə həm də məlumat ötürücüsüdür.
    İndi heç kimsə informasiyaya münasibətdə bir funksiyalı deyil, hər kəsin informasiyanı yaratmaq, daşımaq və ötürmək imkanı var. Hələ üstəlik sosial media alətləri informasiyanı yönəltmək, idarə etmək, hətta kampaniyalaşdırmaq imkanı yaradır. Bu prosesdə peşəkarla sadə informasiya ötürücüsü arasında təsir imkanları baxımından fərq ola bilər. Amma bu fakt təkzib olunmur ki, hər kəsin informasiya istehsalçısı və ən başlıcası, ötürücüsü olmaq imkanı var.
    Məhz bu məqam – müasir informasiya alətlərinin imkan verdiyi şərtlərdə ÖTÜRÜCÜ ola bilmək artıq informasiyaya baxışı və yanaşmanı dəyişir.
    Başqa sözlə, siz bir fabrik yaradıb istənilən məhsulu istehsal edə bilərsiniz. Əgər sizin onu bazara çıxarmaq, nümayiş etdirmək və satmaq imkanınız yoxdursa, məhsulunuzun iqtisadi səmərəliliyi, ziyanı və ya faydalılıq əmsalı cəmiyyətə də, bazar oyunçularına da maraqlı deyil. Yəni əsas məsələ istehsal deyil, istehsal etdiyini ötürə bilmək, bazarlamaqdır.
    Ənənəvi medianın mövcud olduğu zamanda da hər kəs informasiya daşıyıcısıydı. Lakin bu informasiyanı ötürmək üçün geniş müstəvi yalnız seçilmiş obyektlərə məxsus idi. Ona görə də ənənəvi media mühiti informasiyanın konyuktura daxilində təqdimatına şərait yaradırdı. İstənilən hadisəyə və ya fakta konyktur baxış bucağını müəyyənləşdirib, bunu imperativ qaydada kütləviləşdirməklə, vahid tezisləşdirmə ilə təsəvvür yaratmaq, hətta həmin təsəvvürləri möhkəmləndirmək mümkün idi.
    İnternetin gətirdiyi interaktivlik, sosial medianın, yeni texnologiyanın gerçəkliyi bütün informasiya daşıyıcılarını həm də ötürücüyə çevrilə bildi. Bu isə konyuktur informasiyanı əhəmiyyətsizləşdirdi. “Feyk nyus”un və konyuktur informasiyanın yayılması qədər yalanlanması da çox az vaxt aldı. İnformasiya mənbəyinin həm də alternativ informasiya ötürücüsü ola bilməsi “konyuktur informasiya” vasitəsinə inamı azaltdı, onları baxımsızlaşdırdı. Nəticədə ənənəvi media oxucusunu və tamaşaçısını sürətlə alternativ informasiya qaynağına – yeni mediaya, başqa sözlə, oxucu və tamaşaçının özünə uduzmalı oldu.
    Çox açıq yazsam, imperativ və administrativ media idarəetməsi faydasını itirdi, mediaya yalnız məlumatlandırma funksiyasının dominantlığı, çeviklik və daha çox interaktivliklə fərqlənmək seçimləri qaldı. Yeni situasiyanın fərqinə varmadan davam etdirilən imperativ məlumat yönləndirilməsi isə mövcud media siyasətindəki problemləri yaratdı.

    Nə etməli?

    Nəzəri təhlildən ölkəmizin reallığına qayıtsaq, hazırda çıxış yolu bazar oyunçularının sərbəstləşməsi və alternativ kontentin ənənəvi mediada daha çox görünməsinə imkan yaratmaq kimi görünür.
    Başqa sözlə, ciddi, etibarlı və cəmiyyət arasında etimadlı media qurumları bazarda daha sərbəst şərtlərlə çıxış edə bilsə, proqres baş verər.
    Bu, eyni zamanda xaricdən “milli kontent” adı ilə ölkəyə qarşı “qara piar” kampaniyası aparanların əhəmiyyətsizləşməsinə də səbəb olar. Ənənəvi medianın alternativ fikrə, açıq müzakirəyə və tənqidə daha çox önəm verməsi media mühitindəki çoxrəngliliyi təmin etmiş olar.
    Sosial media alətlərində kustar üsullarla aparılan, ciddi əks-effekt verən fəaliyyət praktik və dinamik, ölçmələrə əsaslanan daha peşəkar işlə əvəz oluna bilər. İdarə edənin ictimai rəyin formalaşmasında rol oynayan istənilən müstəvidə, o cümlədən sosial media alətində işləməsi heç bir halda mənfi qarşılana bilməz. Əksinə, dövlət sosial media üzərindən ciddi işləyib, müasir tətbiqetmələrdən yararlanıb, tendensiyaları ölçüb, problem yaradan səbəbləri aradan qaldırıb, nəticəni dəyişərsə, bundan bütün cəmiyyət qazanar.
    Ənənəvi mediada çoxçeşidliliyin, müxtəlif rəngliliyin təmin olunması, “Biz nəyi dəyişirik və niyə dəyişirik?” sualına olan cavab medianın gələcəyini müəyyən edəcək.
    Bütün bu nəzəri olaraq asan, lakin praktikada indiki halda xeyli ağrılı kimi görünən prosesin aparılması zamanı “informasiya kirliliyini” yaradan aqreqatorlardan, şantaj və böhtan üçün yaradılmış “üçnəfərlik saytlar” topluluğundan xilas olmaq da şərtdir. Bunun üçün bəzən administrativ qərarlara da ehtiyac ola bilər.
    Eyni zamanda dövlət strukturlarının informasiyaya əlçatanlığın təmin edilməsi istiqamətindəki fəaliyyəti də sistemli artırıla bilər.
    Cəmiyyətin sosial media davranışlarını mənimsəməsinə müxtəlif institutlar, xüsusilə ənənəvi media tərəfindən dəstək verilməsi də prioritetlər arasında ola bilər.
    Və bu məqamda əsas problemdən yazmaya bilməyəcəm.
    Bütün bu düsturların doğru təsbiti üçün mühüm məqam – media menecmentidir. Çox təəssüf ki, hazırda mediadakı əsas problemlərdən biri budur.
    Geniş və konseptual media baxışı olan, rəhbərlik etdiyi qurumun media siyasətini formalaşdıra bilən, həmçinin bəşəri dəyərləri, medianın cəmiyyət üçün məlumatlandırma ilə yanaşı, humanitar missiyasını, eyni zamanda dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olan informasiya təhlükəsizliyinin qorunmasındakı öhdəliyini başa düşən, adekvat media menecmentə ehtiyac var.
    İndiki halda işin pis tərəfi belə media menecmentin azlığıdır. Yeni media tipi-konseptual yanaşması olan, sahənin və cəmiyyətin maraqlarını uzlaşdıra bilən, həmçinin “qara piar”la tənqidin sərhədlərini müəyyənləşdirmək imkanı olan, “hər şey pisdir” və ya “hər şey yaxşıdır” tandemindən uzaq olub, ictimai nəzarət funksiyasını yerinə yetirə bilən media institutu və media obrazı formalaşdırmaqdır. Bu iş heç də saxta sayğaclarla ölçmələri artırmaq, sosial media mühəndisliyi etmək, informasiya siyasətində rolu olmayan, əksinə, cəmiyyətlə problem yaradan “onminlik baxışlar”ı olan xəbərlər yazmaq deyil. Bu, heç təkcə müasir dünya və trendləri bilmək də deyil. Müasir media menecment adekvatlığı və yeni düşüncəsi ilə yanaşı, eyni zamanda ənənəvi cəmiyyətin istəklərini, hətta stereotiplərini yaxşı anlamaq və bu stereotiplərə belə adekvat olmağı bacarmaqdır.
    ***
    Bu, bir prosesdir. Açıq cəmiyyətlər bütün dəyişikliklərdə uğur qədər uğursuzluğu, doğru qədər yanlışları da təbii qarşılaya bilir. Yaxşı olan odur ki, islahat prosesi başlayıb, cəmiyyət yenilənməyə həvəslidir, onun fikrini ifadə edən mediada da bu yenilik istəyi və əzmi var…

    Oxunub: 706
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.