Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
“MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
Press-fakt.az
    
  • “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”-
    “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”- Keçmiş deputatdan nazirliyə ağır ittiham
  • 
  • Dövlət sərhədində buraxılış məntəqələri üçün torpaq alınacaq
    Dövlət sərhədində buraxılış məntəqələri üçün torpaq alınacaq
  • 
  • İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
    İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
  • 
  • Azərbaycanın adından milyonlarla dollar...-
    Azərbaycanın adından milyonlarla dollar...- İrəvanda ermənilərin görünməmiş fırıldağı
  • 
  • Saleh Səmədovun qardaşı da həbs edildi -
    Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib
  • 
  • “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”-
    “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”- İsrailin keçmiş Baş naziri
  • 
  • “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”-
    “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”- Sandu narahatdır
  • 
  • Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq -
    Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq - Nə qədər vəsait ödəniləcəyi açıqlandı
  • 
  • DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB - 
    DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB -  Vüqar Məmmədov SAXLANILIB
  • 
  • “Hətta elə vaxtlar olub ki...”-
    “Hətta elə vaxtlar olub ki...”- Baləkənin deputatı icra başçısının həbsindən danışdı
  • 
  • Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
    Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
  • 
  • Gəncə Dövlət Universiteti bağlanır?-
    Gəncə Dövlət Universiteti bağlanır?- Bir cavab və bir şərh
  • 
  • Məktəb direktorları yeni qaydalarla seçiləcək
    Elm və Təhsil Nazirliyi: Məktəb direktorları yeni qaydalarla seçiləcək
  • 
  • MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ - 
    MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ -  ŞƏRTLƏR
  • 
  • Əfqanıstanla danışıqlar həll gətirmədi -
    Əfqanıstanla danışıqlar həll gətirmədi - Attaullah Tarar
  • 
  • Xəzər dənizinə çıxış əldə edəcəyik
    Ermənistan Baş naziri: Xəzər dənizinə çıxış əldə edəcəyik
  • 
  • Sərhədlərin açılması üçün heç bir maneə yoxdur - 
    Sərhədlərin açılması üçün heç bir maneə yoxdur -  Paşinyan
  • 
  • "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
    "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
  • 
  • Məzahir Pənahov yola salınır -
    Məzahir Pənahov yola salınır - Yeni sədr o olacaq
  • 
  • Son 3 ildə Ukrayna ordusundan qaçanların sayı AÇIQLANDI -
    Son 3 ildə Ukrayna ordusundan qaçanların sayı AÇIQLANDI - Şok RƏQƏM
  • 
  • Prezident bu məhkəmələrə yeni hakimlər təyin etdi -
    Prezident bu məhkəmələrə yeni hakimlər təyin etdi - ADLAR
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “IV hakimiyyət”də hansı dəyişikliklərə ehtiyac var? –Vüsalə Mahirqızı mediada islahatların zəruriliyindən yazdı
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarı- TAM MƏTN
  • Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında
  • Səfir: “İranın ali dini rəhbəri, MM-in sədr müavini, iki nazirimiz Azərbaycan əsillidir”
  • STM sədri Zahid ORUC: "İlham Əliyev yeni hakimiyyət qurur"

    • Tarix: 5-12-2019, 19:21


    Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Redaktor.az-a müsahibə verib.
    Globall.az həmin müsahibəni təqdim edir:

    – Parlamentin buraxılması YAP-ın Milli Məclisdə cavanlaşmaya start verməsi kimi dəyərləndirildi. Sizcə, bu situasiyada gəncləşmə anlayışı, Prezidentin rəhbərlik etdiyi prosesin məhdud çərçivədə qiymətləndirilməsi deyil ki? 

    – Hazırkı dövrün əsas trendlərini, aparıcı siyasətini təyin etmək, baş verən ölkəmiqyaslı dəyişikliklərin mahiyyətini düzgün izah etmək yönündə siyasi ekspertlər, politoloqlar müxtəlif ideoloji nəzəriyyələrdən istifadə edirlər. Əvvəlki illərlə müqayisədə dövriyyəyə çıxarılan fikir kütləsi xeyli artıb, canlanma və aktivlik danılmazdır. Son günlər medianın, sosial şəbəkələrin və ictimai diskussiya meydanlarının hamısında əsas gündəliyi Prezidentin qələminin mürəkkəbi ilə bütün hakimiyyət qollarının ənənəvi idarəetmə stilindən çıxarılmasına cəhd, xalqa xidmətin yeni nümunələrinin yaradılması təşkil edir. Prosesin adını idarəçilikdə gəncləşmə, cavanlaşma kursu kimi təqdim edənlər də çoxdur. Lakin fikrimcə ölkə başçısı ötən on illər ərzində ölkənin bir nömrəli qayğısını-Azərbaycanı beynəlxalq itqisadi məkanın vacib erteriyalarla bağlayandan sonra daha fundamental şəkildə yeni komanda quruculuğu və bütün hakimiyyət qollarına xalqın rəğbət, inam və etibarını gücləndirməyə yönələn son dərəcə taleyüklü addımlar atır. Qərarların sürəti bəzən onların dərin qiymətləndirməsini mümkünsüz edir. Amma şükürlər olsun, bütün yeniləşmə kursu qansız-qadasız baş verir. O cümlədən, ilin əvvəlindən əhalinin həssas təbəqələrini böyük maliyyə tutumlu qərarlarla dövlətçilik mövqeyində qoruyub saxladıqdan sonra, Birinci şəxs şahmat masasında qrossmeyster dəqiqliyi və ardıcıllığı ilə vətəndaşların uzun on illər qəlbində özünə yer tutan əsil xalq hakimiyyəti modelini bərqərar edir. Zənnimcə, biz yeni siyasətin adını belə də adlandırmalıyıq – Prezident hakimiyyətin bütün qollarını yeniləyirsə, bu, yeni hakimiyyət qurmaq deməkdir!
    Açıq demək lazımdır ki, 2015-2017-ci illərdə bunları gerçəkləşdirmək mümkün olmazdı. Baxmayaraq ki, ilk tədbirlər neft bumunun sönməsi və hökumətin asan pullarla idarəçiliyinin başa çatmasından sonra başladı. Məhz o vaxtlar hökumətin yenidən təşkilinə star verildi. Özü də daha strateji sahədən başlandı. Milli təhlükəsilzik sistemini etibarlı qurmadan digər sahələrdə uğur qazanmaq müşkül məsələdir. Çünki gözəgörünməz cəbhədən alınan qovluqlar saraya daşınınca, qərar qəbul etməyə güclü təsir edə bilir.
    Sonrakı addımlar sizə bəllidir. İndi bu ilin son aylarında İlham Əliyevin Bir nömrəli kabinetindən verdiyi sərəncam və fərmanlar böyük orduların əliylə həyat keçirilən dəyişikliklərə bərabər sayıla bilər.
    Ölkə rəhbəri oktyabr ayında keçirdiyi müşavirə zamanı və yeni vəzifələrə təyin olunan şəxsləri qəbul edərkən, yaxud vəzifələri başa çatan məmurları mühüm dövlətçilik ənənəsi kimi yola salarkən, təkcə kadr islahatları deyil, bütövlükdə yeni təfəkkür və tələblər çərçivəsində millətin qarşısına çıxmağın yegənə şərt oldugunu hamıya başa salır. Burada müqavimət və itaətsizlik imkanlarının olmadığını söyləmək artıqdır. Amma proses ağrılıdır, çətindir və zaman alacağı da aydındır. Çünki iqtisadiyatın yeni relslərə daşınması və neft resursundan tamam yeni səhələrə keçilməsi ilə yanaşı, bütün hakimiyyətdə ənənəvi yanaşmaları, davranışları bir kənara qoymaq o qədər də asan deyil. Burada inqilab etmək üçün yetkin kadr bazası, təkmil hüquqi sistem, dəqiq instusional yeniliklər etməlisən. Əks halda xoş məramla əl atdığın tədbirlər ünvanına çatmayacaq.
    Milli Məclisin sonuncu iclasında diqqətimi çəkən o oldu ki, biz qarşımızda həqiqətən də yeni Kabineti görürük. Hökumət əvvəlki deyil. Lakin biz 2015-ci ildə formalaşan və bir sıra hallarda dövrün tələbləri, ölkə başçısının ortaya qoyduğu əsas vəzifə və öhdəliklərlə  ayaqlaşa və uzlaşa bilməyən Məclisin içərisindəyik. Yəni, yeniləşən hökumətə, hakimiyyətə Milli Məclisin də bu cəhətdən uyğunlaşmasına ciddi ehtiyac var. Buna görə də, prosesi yalnız gəncləşmə kimi daha məhdud bir çərçivədə qiymətləndiməyin tərəfdarı deyiləm. Ona qalsa, fikir köhnəliyi, təfəkkür qocalığı sırf yaş amilindən daha təhlükəlidir. Ona görə də, Prezident ölkəni keyfiyyətcə yeni bir mərhələyə daşımaqdadır. Bir daha bunu Prezidentin Yeni hakimiyyət quruculuğu adlandırmaq daha düzgün siyasi-ideoloji qiymətləndirmə olardı.
    Bəli, biz müxtəlif ölkələrdə növbədənkənar seçkilərin şahidiyik. Məsələn, Ukraynanın son 15 illik tarixində 3 dəfə növbədənkənar parlament seçkiləri keçirilib. İspaniyada son 4 ildə 4 dəfə belə cəhdə əl atılıb. Həmçinin qardaş Türkiyənin son 16 illik tarixində 3 dəfə fors-majorluq yaranıb. Ancaq bunlar hər dəfə koalision hökumət dağılanda, yaxud iqtisadi-maliyyə böhranları meydana çıxanda gündəmə gəlib. Hazırkı realllıqda isə biz ölkə başçısı tərəfindən müəyyənləşdirilmiş, dəqiq strategiyaya uyğun olan tədbirləri görməkdəyik. Bu miqyasdakı islahatları dəyərləndirmək üçün vətəndaşlarımızın hamısının daha geniş diskussiyalar, debatlar, söhbətlərlə bu prosesə dəstək verməsi Azərbaycanın 2020-ci il reallığının daha fərqli müstəvidə olmasına şərait yaradacaq.

    – Bəs, bu proses köhnə kadrların hakimiyyətə qarşı fəaliyyətinə zəmin yarada bilərmi? 2020-ci ildə həm də YAP daxili intriqaları müşahidə edə bilərikmi? YAP-dan incik olanlar və müəyyən imkana sahib olanlar YAP-a qarşı hansısa addımlar atacaqlarmı?

    – Siz bir qədər gəncsiniz. 1990-cı illər reallığını xatırlatmaq istəyirəm. O dövrdə Ali Sovet mövcud idi. İttifaq çərçivəsində müxtəlif zümrələrdən təşkil olunan proletariatın hüquq kontorunu indi yada salanlar çox deyil. Xatırladaq ki, Ali Sovetin üzvlərinin sayı 360 nəfərə yaxın idi. Əksər üzvlər hesab edirdilər ki, onlar xalqın iradəsini təmsil edirlər və ittifaq miqyasında da bunların əvəzindən işlər görülür. Bu statik bir idarəçilikdə guya xalq hakimiyyəti sayılırdı. Həmin dövrdə iclasların intensivliyi ildə 2 dəfə toplaşmaqdan ibarət idi. Daha çox işlək qurum olan Aparat Ali Soveti əvəz edirdi. İnzibati qurumda çalışanlar əsas işləri görür, sənədləri hazırlayır, sovet deputatları isə buna əllərini qaldırıb mexaniki olaraq səs verirdilər.
    Sonrakı illər, yəni yeni müstəqillik hərəkatı həmin Ali Sovetdən qurtulmağa imkan verdi. Bürokratik çoxluq kənarda qaldı və nəhayət, siyasi məsuliyyətini dərk edən, Azərbaycanın azadlığına töhfə verməyə çalışan 50 nəfərlik bir heyət meydana çıxdı. Lakin onlar da çox qısa zaman ərzində müəyyən fəaliyyətlər həyata keçirsələr də, ilk hüquqi aktları formalaşdırsalar da, yeni Konstitusiyanın qəbulunu həyata keçirə bilmədilər. Eləcə də Mütəllibovdan sonra, Cəbhə hakimiyyəti dövründə demokratik parlamentin formalaşdırılacağı vədi puça çıxarıldı. O vaxtkı Məclis siyasi didişmələrin, qarşıdurmaların, dövlət çevrilişinə cəhdlərin əsas poliqonu oldu. Parlament ölkədə tez-tez baş verən faciə və qətliamların istintaq komissiyalarını yaratmaqla məşğul idi.
    Milli Məclisin fəaliyyəti hüquqyaratma, dövlət və millətin əsas çağırışlarından daha çox əməliyyat-axtarış tədbirləri səciyyəsi daşıyırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin bütün həyatında siyasi, sosial, iqtisadi sabitliyi ələ almaqla yeni hüquqi fundamenti formalaşdırdı. Bundan sonra da I çağırış Məclisin, xalqın iradəsinə söykənərək formalaşdığının şahidi olduq. Yəni, o dövrdə də YAP-ın təmsilçiləri parlamentdə üstünlük qazanmışdılar. Bu, daha çox Heydər Əliyev xarizması, onun adı və şəxsiyyəti ilə bağlı idi. Əks halda, yalnız fərdi imic və nüfuzla o uğuru əldə etmək mümkün deyildi. YAP-ın lideri kimin tərəfində idisə, seçkilərdə o şəxsin gedib mandat qazanması real idi. O dövrdə xalqdan səs alanların müəyyən bir hissəsi də Heydər Əliyev uğrunda mübarizədə xidmətləri olan isimlər idi: Ziya Bünyadov, Murtuz Ələsgərov, Səfiyar Musayev və başqaları. Hətta 2000-ci ildə də müəyyən xidmət əmsalı nəzərə alınmaqla, dövlət yenə də II çağırış dönəminin Məclisində müxtəlif insanlara yer verdi. Amma cəmiyyətin ayrı-ayrı sahələrindən insanlar da Məclisə gəlmək şansı qazandılar. Azərbaycanın yaxın dövr tarixini araşdırarkən obyektiv şəkildə bunları da qeyd etməliyik. İndiki reallıq isə tamamilə başqadır. Tam açıqlığı ilə bildirirəm ki, 2020-ci ilin seçki mübarizəsində namizədlik marafonuna qatılacaq insanlar ( o qüvvələr ki, hakim təşkilatın və onun liderinin bu və ya digər simpatiyasını və dəstəyini əldə edəcəklər) başa düşməlidir ki, bu, xidmət əmsalından daha çox dövlətin onların üzərinə qoyduğu bir etimad, etibardır. Yəni, artıq Azərbaycanın müəyyən dövr siyasətində yer alan şəxslər kiməsə tələbkar münasibəti göstərə bilməzlər. Minnət qoymaq, ambisiya göstərmək və şərt irəli sürmək mərhələsi arxada qalıb. Əksər adamlara münasibətdə dövlətin verə biləcəyindən daha çox kart-blanş onları öhdəlikli edəcək ki, daha aktiv formada gələcəkdə fəaliyyətlərini həyata keçirsinlər.

    – Bəs yeni məclisin simaları kimlər olacaq, sizcə?

    – Onların adlarından, yaş göstəricilərindən daha çox qabartmalı olduğumuz prinsiplər var. Bu şəxslər millət qarşısında məsuliyyəti dərk etməli, hazırlıqlı olmalı, dövlət quruculuğuna daimi töhfə vermək zərurətini hiss etməli, mediaya açıq olmalı, çalışqan olmalıdır. Həmçinin bu şəxslər idarəetmə etikasını daim üzərlərində saxlamağı bacarmalıdır. Çünki hər hansı bir hərəkət baş verirsə, bütövlükdə fərdi məsələ ümumiləşdirilərək hakimiyyət əleyhinə mübarizənin elementinə çevrilir. Siz də virtual şəbəkələrdə gözdənsalma kampaniyasının geniş tirajlandığını görürsünüz. Bir deputatın sözü ilə hansısa bir qurum yerdən-yerə vurulur. Bu prosesə xarici mərkəzlər, kəşfiyyat qrupları da əl qoyur. Müasir kommunikasiya vasitələri ilə bu işi daha da stimullaşdırırlar. Nəticə isə ondan ibarət olur ki, etimad votumu itirilir. Hakimiyyət qolları içərisində “zəif bənd”ə çevrilən bir təsisat dövlətin də mövqelərini bu və ya digər formada kölgə altına almış olur. Ona görə də, artıq fəaliyyət dövrünə 1 ilə yaxın vaxt qalmış, Məclisin Konstitusiya üzrə müəyyənləşmiş müddəti gözləmədən belə çağırış səsləndirməsi və yeni seçkilərə getmək istəməsi düzgün bir qərardır.
    Bu prosesin içərisində yer alan insanlar qəti şəkildə düşünməli deyillər ki, keçmiş dövrdə mövcud olan Məclis dövlətin və xalqın müəyyən gözləntilərini tam doğruldub. Problemləri görmək, qüsurları qəbul və təhlil etmək, bu cür səhvlərə bir daha yol verməmək lazımdır. Növbəti seçkilərdə namizəd olmayan insanlar da qətiyyən küsməməli, inciməməlidir. Onlar hər hansı parçalanmalara, qruplaşmalara yol verməmək mövqeyini tutmalıdırlar. Dünənə qədər dövlət etibar edirdi, bu yaxşı idi, bu gün etibar etmirsə, pisdir?! Mən bu mövqeni qəbul etmirəm. Yaşından, başından asılı olmayaraq, biz hamımız bir addım kənara qoymağı bacarmalıyıq. Azərbaycan əleyhinə gedən müxtəlif çaplı proseslərdə biz siyasi zireh kimi bu qurumun təmsilçilərini qarşıda görməliyik.

    – Yəni, yeni formalaşdırılacaq parlamentin statusu hansı formada olacaq?

    – Məclisin artıq Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirməsi ona imkan verəcək ki, ölkə həyatında dinamik çalışan, gündəlik aparıcı mövzuları, ideyaları analiz etməyi bacaran parlament hakimiyyətini görək.

    – Bəs məclisə yeni səlahiyyətlərin verilməsi mümkündürmü?

    – Dövlət idarəçilik quruluşunda 2016-cı ildə son dəyişikliklər aparılıb. Bu gün Azərbaycanın mərkəzi idarəçilik sistemi güclənib. Mehriban Əliyevanın I vitse-prezident təyin olunması burada həlledici rol oynayıb. Digər tərəfdən, Mehriban Əliyevanın Milli Məclisdən obyektiv səbəblər üzündən getməsi qanunverici orqanın gücünü azaltdı, onun siyasi çəkisinə təsir etdi. Çünki Mehriban Əliyevanın Milli Məclisdə təmsilçiliyi hökumətə təsir, daha canlı müzakirələr və sambal baxımından çox önəmli idi. Hazırkı dövrdə Milli Məclisə dövlətin bu yeniləşmədən irəli gələn yanaşması ondan ibarətdir ki, insanlar bu qurumdan razı olsunlar. Bunun üçün yetərincə imkanlar var. Azərbaycanın parlamentar modelə, proporsional sistemə keçidlə bağlı çağırışlar və s. o qədər də uğurlu yanaşma deyil. Ən əsas məsələ ondan ibarətdir ki, bu seçkilərin təyin olunması cəmiyyəti daha da ümidləndirib, canlanma yaradıb, insanlarda inamı artırıb, islahatların nəticəyönümlü olacağına olan fikirləri daha da möhkəmləndirib. Belə olan təqdirdə ən başlıca məsələ cəmiyyətin bu proseslərə qatqısını təmin etməkdir. Yeni parlament, ictimai-siyasi spektrdəki yaradıcı insanları, düşüncə sahiblərini, uğur qazanmış şəxsləri, məsuliyyətli adamları öz qanadları altına ala bilməlidir. Həqiqətən də 125 adamın hamısını millət tanımalıdır!

    – Elə olurdu ki, bir gündə Məclis 30-dan çox qanunu ildırım sürəti ilə qəbul edirdi. Parlamentin ictimai rəydə sıxıcı bir imici var idi. Yeni seçkilər aktiv debatlar, diskussiyalar və müxalif fraksiyaların təmsilçiliyini vəd edirmi?

    – Öncə onu deyim ki, həqiqətən də qanunverici orqan debatların, diskussiyaların, sərt siyasi savaşların getdiyi yerdir. Dünyanın əksər ölkələrində bu belədir. Hətta bir sıra hallarda emosiyalar o qədər daşıb tökülür ki, biz əlbəyaxa vuruşların da şahidi oluruq. Buna görə də obrazlı şəkildə deyilir ki, parlament – küçə və meydan mübarizələrini sivil şəkildə daha mühüm salonlara daşınması prosesidir. Klassik mənada da bu doğrudur. Qədim Romada Senatın formalaşması dediyiniz prinsiplə baş verirdi.
    Debatlardan kənarda Məclis ola bilməz. Parlament sükut yeri deyil. Çünki sənin səssiz qoyduğun tribuna başqa səslər tərəfindən tutulur. Ən başlıca məsələ isə, xaricin və xaric səslərin ölkə daxilində eşidilməsi ona görə artmışdı ki, debatları, informasiya mübadiləsini aparmalı olan qurumlar bir sıra hallarda zamanın tələblərinə cavab vermirdilər. Onların ikinci planda olan fəaliyyəti informasiya vakumunu başqalarının doldurmalarına səbəb olurdu. Əksər hallarda onlar dezinformasiyalarla bunu edirdilər. Ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə son dərəcə parlaq bir çıxış etdi. O, qeyd etdi ki, hansısa yalan dövriyyəyə çıxarılır, onun ətrafında diskussiyalar təşkil olunur və bundan sonra sanki bu informasiyanın “qanuniləşməsi”, “həqiqətləşməsi” baş verir. Daha sonra  bu cür informasiyalardan az qala dini ayin kimi bəhs etməyə başlayırlar. Halbuki bu yalanın legitim xəbərə çevrilməsi hadisəsidir.
    Xatırlatmaq yerinə düşər ki, 1865-ci ildə ABŞ-ın dövlət rəhbərinə qarşı sui-qəsd təşkil edildi. Bu xəbərin Amerika ucqarlarına qədər gedib çıxma müddəti 12 gün çəkdi. Amma indi Donald Tramp Oval kabinetdən kiçik bir tvit yazanda, bunu Azərbaycanın, yaxud Asiyanın əyalətində bir andaca oxumaq mümkün olur. Dünyada informasiyanın sürəti hakimiyyətdən də daha çevik addımlar atmağı tələb edir. Məsələnin ikinci tərəfi, idarəetmədə fərqli düşüncə sahiblərinin təmsil olunmasıdır. Təsadüfi deyil ki, ölkə prezidenti qeyd etdi ki, 90-cı illəri 2020-ci ilə daşımaq istəyən qüvvələrə meydan yoxdur. Biz Tədqiqat Mərkəzi olaraq, Azərbaycan insanından soruşmuşuq ki, “siz hakimiyyətdən kənar bu qüvvələrdən hansının reytinqini necə qiymətləndirirsiniz?”. Aldığımız cavablarda heç bir təhrifə, heç bir dəyişikliyə məruz qalmadan məsuliyyətlə deyirəm ki, Azərbaycan insanı dəyişiklikləri, yeni addımları Azərbaycan prezidentinin liderliyi altında gözləyirlər. Yerdə qalan qüvvələrin nüfuz şkalasında vəziyyəti çox kiçikdir. Buna şübhəsi olanlarla birgə bu cür sorğuları təşkil etməyə hazırıq. Amma bununla bərabər cəmiyyətin müəyyən hissəsində narazı insanlar var. Bu narazılığın əsasında məmur fəaliyyəti, Milli Məclisin üzvlərindən olan gözləntilərin doğrulmaması, məhkəmə sisteminə münasibət  və s. amillər rol oynayıb. Belə olan təqdirdə, biz yaradıcı düşüncəni tanıyan, Azərbaycanın ötən illər ərzində keçdiyi yolu qiymətləndirməyi bacaran, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın banisi kimi böyük miqyasda tarixi fəaliyyətinə müsbət mövqeyini göstərən və bu əsaslarla müxalifətçilik mövqeyindən çıxış edən insanları da parlamentdə görməyə hazır olmalıyıq. Bunu edə biləcəyimiz təqdirdə parlament daha çox partiyanın, fərqli düşüncənin, ictimai-siyasi kəsimin palitrasını özündə əks etdirəcəkdir. Onda biz rəngarəng və əksqütblü yanaşmaları izləmək şansı əldə edəcəyik. Bununla media məkanı da monotonluqdan çıxacaq və daha zəngin xəbərlərlə böyük auditoriyaları əldə saxlaya biləcək.
    Firuzə Vahid 

    Oxunub: 1 585
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      30-10-2025
      19:00 | TRAMP VƏ Sİ NƏDƏ RAZILAŞDILAR? - “Bu, möhtəşəm görüş idi”
      18:00 | “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”- Keçmiş deputatdan nazirliyə ağır ittiham
      17:55 | "LUKOİL" BİTDİ? -  Vahid Ələkbərovun neft imperiyasına SARSIDICI ZƏRBƏ
      17:40 | Dövlət sərhədində buraxılış məntəqələri üçün torpaq alınacaq
      17:00 | “KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI?- 30 ildir başçı postunu tutan şəxslər var - ADLAR
      16:50 | İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
      16:40 | "GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
      16:15 | Azərbaycanın adından milyonlarla dollar...- İrəvanda ermənilərin görünməmiş fırıldağı
      16:10 | Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib
      16:05 | “MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
      16:00 | “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”- İsrailin keçmiş Baş naziri
      15:55 | “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”- Sandu narahatdır
      15:50 | Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq - Nə qədər vəsait ödəniləcəyi açıqlandı
      15:46 | "Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur" -  İcraçı direktor
      15:35 | DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB -  Vüqar Məmmədov SAXLANILIB
      15:30 | “Hətta elə vaxtlar olub ki...”- Baləkənin deputatı icra başçısının həbsindən danışdı
      15:25 | Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
      12:30 | Gəncə Dövlət Universiteti bağlanır?- Bir cavab və bir şərh
      12:00 | Elm və Təhsil Nazirliyi: Məktəb direktorları yeni qaydalarla seçiləcək
      11:55 | MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ -  ŞƏRTLƏR
      11:44 | Balakən İcra Hakimiyyətində ƏMƏLİYYAT: DTX-nin saxladığı İCRA BAŞÇISI KİMDİR?
      11:30 | Əfqanıstanla danışıqlar həll gətirmədi - Attaullah Tarar
      11:25 | Ermənistan Baş naziri: Xəzər dənizinə çıxış əldə edəcəyik
      11:00 | Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
      10:55 | “PUTİN BUNU ETSƏ, MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”- NATO ölkəsindən Kremlə XƏBƏRDARLIQ
      10:45 | Sərhədlərin açılması üçün heç bir maneə yoxdur -  Paşinyan
      10:30 | Tramp Çin lideri ilə görüşdü -   Ticarət rüsumları, çiplər, “TikTok” müzakirəsi
      10:20 | Yerli bazarda balığın bahalaşmanın səbəbi -  İxtioloq AÇIQLADI
      10:05 | Kişilərin ürəyi daha zəif olur - Kardioloq səbəbini İZAH ETDİ
      09:45 | DSMF-nin "işçisi"ndən PENSİYA DƏLƏDUZLUĞU - 3 nəfərdən 26 000 alana... ŞƏRTİ CƏZA
      09:30 | Təyyarələr niyə arxalarında ağ izlər buraxır?- Az adamın bildiyi gizli təhlükə
      09:15 | "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
      09:10 | Məzahir Pənahov yola salınır - Yeni sədr o olacaq
      09:05 | Son 3 ildə Ukrayna ordusundan qaçanların sayı AÇIQLANDI - Şok RƏQƏM
      09:00 | Fəzail Ağamalının qızı həm DEPUTATDIR, həm də ŞİRKƏT RƏHBƏRİ - QANUN POZUNTUSU...
      08:55 | Prezident bu məhkəmələrə yeni hakimlər təyin etdi - ADLAR
      08:53 | Rusiyanın altı hava limanında uçuşlar dayandırılıb
      08:50 | Si Cinpin və Tramp Cənubi Koreyada görüşüb
      08:45 | Gürcüstan Prezidenti üç müxalifət partiyasının bağlanmasını dəstəkləyib
      29-10-2025
      21:00 | Etibar Məmmədov 2003-cü ildə İSA QƏMBƏRƏ NƏ TƏKLİF EDİB?- Sensasion Ramiz Mehdiyev detalı
      19:00 | Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri -  SİYAHI
      18:30 | ELTON MƏMMƏDOV BAŞ PROKURORLUĞA ÇAĞIRILDI - Mənimsədiyi 3 milyon manatı geri qaytarıb
      18:25 | Rusiya yanvardan 877 min hərbçi itirib, amma Putin DAYANMIR - "NBC News"
      18:15 | Azərbaycanda aliment ödəyən qadınların sayı AÇIQLANDI
      16:30 | Pakistan Baş naziri Azərbaycana səfər edəcək -  Zəfər paradında iştirak edəcək
      16:25 |  "Qarabağ"-"Çelsi" oyununa bilet almaq olmur - "iTicket" saytı çökdü
      16:00 | Tək Mehdiyev və Əlizadə deyil, İSA HƏBİBBƏYLİNİ DƏ YOXLAYIRLAR - Prokurorluq AMEA-nı araşdırır
      15:45 | İsrail ordusu Qəzzada atəşkəs rejiminin bərpa olunduğunu elan etdi
      15:30 | Erməni keşişin intim videoları ilə bağlı qərar veriləcək
      15:20 | “Sanksiyalar yalnız başlanğıcdır”-  “Tramp bütün kartları əlində saxlayır və bu, onlardan biridir”
      15:15 | “WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb -  XƏBƏRDARLIQ
      15:10 | AİB indiyədək Azərbaycana 5,5 mlrd. dollar maliyyə vəsaiti ayırıb
      15:00 | MEHDİYEVİN MEDİADAKI “KEŞİKÇİLƏRİ”...- Qılıflarını dəyişərək yenə baş rollardadırlar
      14:30 | Putin Əliyevlə Bakıda saxlanılan rusların məsələsini müzakirə edib -  Peskov
      14:15 | AMEA-da Ramiz Mehdiyev və Akif Əlizadənin rəhbərlik dövrü  ARAŞDIRILIR
      14:05 | "Altay" tankının seriyalı istehsalı başladı - Hansı özəlliklərə sahibdir?
      14:00 | “O, qatildir, çox sərt adamdır...”- Trampdan qalmaqal yaradacaq AÇIQLAMA
      13:45 | BİRLİKDƏ BİR NEÇƏ MİLYON MƏNİMSƏYİBLƏR - Sübutlar iş materiallarına əlavə edilib
      13:30 | Çernobılda mavi rəngli itlər peyda olub -  FOTO / VİDEO
      13:27 | Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
      13:15 | Azərbaycanlılar Montoneqroya niyə gedir? - SƏBƏBLƏR
      12:30 | İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənləri sayı 90-ı ötüb
      12:21 | “PUTİN BUNDA İSRARLIDIR...” -  ABŞ kəşfiyyatının hesabatında nə deyilir?
      12:15 | Rusiyaya dron hücumları -  Moskva üzərində 7 PUA vurulub
      12:00 | “Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir? VİP - 1000 AZN!
      11:55 | Mediatorlar arasında mübahisə məhkəmədə bitdi -  1000 manat CƏRİMƏ
      11:45 | Astarada hamilə gəlin TOYUNDAN BİR GÜN SONRA ÖLDÜ
      11:40 | Bakıda ucuz evlər satışa çıxarıldı - Güzəştli mənzillərin qiymətləri
      11:35 | Ramiz Mehdiyevin siyahısında 42 deputatın adı var - İDDİA
      11:30 | Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayacaq
      00:45 | Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI
      00:40 | Çarlz Dikkens və UŞAQLIĞIN KÖLGƏSİ: Travmanın ədəbi anatomiyası - Professorun YAZISI
      00:35 | Prezident xoş xəbər verdi:  “Hər birinizə 12 sot ayrılıb”
      00:30 | Bu gün - 29 OKTYABR Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
      00:25 | Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq
      00:20 | Qəzzaya güclü zərbələr endirilsin! -  Netanyahu əmr verdi
      00:15 | "ABŞ dünya tarixində ən güclü və ƏN QÜDRƏTLİ ORDUYA MALİKDİR - Tramp
      00:10 | Əvvəllər 280 dollar idi:  Bakı ucuzlaşdırdı
      00:07 | Rusiyalı generalın oğlu belə məhv edildi - VİDEO
      00:05 | MİDA 627 mənzili güzəştlə satışa çıxaracaq
      00:00 | “Moskva bu cəhdləri bütün vasitələrlə yatıracaq”- Lavrov “Qafqazı və Orta Asiyanı vermərik” deyir
      28-10-2025
      20:00 | Dabaq xəstəliyi insana bu hallarda keçə bilər - Professordan AÇIQLAMA
      18:00 | “VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK, VERGİLƏR YÜKSƏLƏCƏK...”-  Rəqəmlər AÇIQLANDI
      17:50 | "Hər ay 8 “Altay” tankı istehsal olunacaq" -  Ərdoğan
      17:45 | MİLYONÇU qardaşların işində YENİLİK -  1 MİLYARDLIQ əmlaklarına HƏBS QOYULUB
      17:30 | Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib
      16:40 | Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu -  FOTO
      16:30 | Fəzail Ağamalının ÖVLADLARI:  HƏRƏSİNİN İKİ DİPLOMU VAR - FOTO
      16:15 | Rusiya Qazaxstan sərhədində görünməmiş tıxac -  Minlərlə rus maşını ölkəyə buraxılmır
      16:05 | “Ermənistanın xilaskara ehtiyacı yoxdur”-  “Rusiyaya imkan verməyəcəyik ki...”
      16:00 | Monteneqroda saxlanılan azərbaycanlılar AZAD EDİLDİ
      15:45 | Əsrarəngiz Təbiət Sənət Əsəri Kimi  -  Füsunkar Payızdan MÖHTƏŞƏM MƏNZƏRƏ
      15:30 | MÜƏLLİMİN 8 SAATLIQ İŞ REJİMİ BİZƏ NƏ VƏD EDİR? - Təhsil texnoloqu /TƏHLİL
      15:20 | Qadın ərini sifarişlə öldürdüb? - Şahidlər DANIŞDI
      15:15 | Baltikyanı ölkələrin şirkətləri RUSİYA TANKERLƏRİNİ DOLDURUR - Litva mətbuatı faktları üzə çıxardı
      15:05 | Prezident Cəbrayılın Horovlu kəndinin açılışında - FOTOLAR
      15:00 | Pokrovskda şiddətli döyüşlər davam edir - Rusiya ordusu hücumları gücləndirib
      14:44 | RAMİZ MEHDİYEV VİLLASINDA İCLAS ZALI DA YARADIB - 50-60 nəfərlik...
      14:15 | "O videodan görünəcək, Günay Ağamalıya çağırış edirəm ki..."- Elçin Ağamalı
      14:10 | Prezident İlham Əliyev İmişlidə səfərdədir - FOTOLAR
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.