Yaponiya, Fransa və ABŞ gələn ilin may ayında birgə hərbi təlimlər keçirəcək

Yapon özünümüdafiə qüvvələri ilə Fransa və ABŞ-ın silahlı qüvvələrinin 2021-ci ilin may ayında birgə hərbi təlimlər keçiriləcək.
Təlimlərin Yaponiya sularında yerləşən insan məskunlaşmayan adalarda keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, bu manevrlər Yaponiya hökuməti ilə ərazi mübahisəsində olan ÇXR rəsmilərinə çəkindirici siqnal kimi də qiymətləndirilə bilər. Söhbətin Şərqi Çin dənizindəki Senkaku adalarından getdiyi bildirilir.
Oxunub: 567
Xəbəri paylaş
Paylaş: