Fransada etiraz dalğası:
64 nəfər saxlanıldı, səkkiz polis yaralandı
Fransada baş vermiş etiraz aksiyaları zamanı 64 nəfər saxlanılıb, səkkiz polis əməkdaşı yaralanıb.
RT-nin məlumatına görə, bu barədə Fransanın Daxili İşlər naziri Jerald Darmanen bildirib.
“Xuliqanlar respublikanı darmadağın edirlər. Yenidən vəhşicəsinə hücum edilən polislərimizə və jandarm qüvvələrimizə dəstəyimi bildirirəm. 64 nəfər saxlanılıb. Yaralılar arasında səkkiz polis də var,” – deyə fransız nazir bildirib.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: