Trampdan impiçment çağırışlarına sərt reaksiya: "Bu, dəhşətli qəzəbə səbəb olar"

ABŞ prezidenti Donald Tramp impiçment çağırışlarını “ən böyük cadu ovu” adlandırıb.
Ria Novosti xəbər verir ki, o, bu barədə Ağ Ev-də jurnalistlərə açıqlama verib.
Tramp bildirib ki, haqqında veriləcək bu qərar böyük qəzəb yaradar: “Düşünürəm ki, bu, dəhşətli qəzəbə səbəb olar. Biz zorakılıq istəmirik”.
Tramp sosial şəbəkələrin insanları böldüyünü və onların arasında nifaq səpdiyini də sözlərinə əlavə edib.
Oxunub: 24
Paylaş: