“Bu proses saxtakarlıqdır, aldatmadır, əcinnə ovudur” –
Tramp impiçmenti barədə
Globall.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tramp maddələrin təsdiqi haqda “Bu proses saxtakarlıqdır, aldatmadır, əcinnə ovudur” deyib.
“İmpiçment prosesi ölkəmiz üçün çox pisdir, hadisə şişirdilir. Bir gün ölkənin başında demokrat prezident olacaq və respublikaçılar Nümayəndələr Palatasında çoxluqda təmsil olunacaq. Bax, o zaman demokratların bu günləri xatırlayacağından şübhə edirəm. Daha əvvəl belə şey görünmədi. İnsanlar yoruldu artıq” – Tramp deyib.
Tramp demokratların onu Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi telefon danışığından daha əvvəl impiçment prosesinə cəlb etmək istədiyini qeyd edib:
“Dünən Nümayəndələr Palatasının sədri Nensi Pelosi bir reportajında məni 2,5 ildir impiçment prosesinə cəlb etmək istədiklərini deyib. 2,5 il əvvəl telefon söhbəti deyilən şey yox idi”.
Tramp Ukrayna üçün Obamadan daha çox şey etdiyini bildirib.
Qeyd edək ki, Nümayəndələr Palatası Ədliyyə Komissiyası “Vəzifədən sui-istifadə” və “Konqresin fəaliyyətinə mane olmaq” maddələrini təsdiqləyib. Maddələrin əks olunduğu qanun layihəsi səsvermə üçün respublikaçıların çoxluq təşkil etdiyi Senata gedəcək.