Ermənistanda daha 485 nəfər koronavirusa yoluxdu - ölənlərin sayı isə 2 951-ə çatıb

Ermənistanda son sutka ərzində daha 485 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 163 128 olub.
Ölkədə pandemiyadan ölənlərin sayı isə daha 10 nəfər artaraq 2 951-ə çatıb.
İndiyədək 151 246 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 8 216 aktiv koronavirus xəstəsi var.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: