Ermənistanda koronavirus daha 22 nəfəri öldürdü -
2 441 yeni yoluxma
Ermənistanda son sutka ərzində daha 2 441 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 92 254-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə həm də pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 1 363-ə çatıb.
İndiyədək 55 827 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 34 691 aktiv koronavirus xəstəsi var.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: