Kamalvəndi: "İran səkkiz aya 120 kq uran istehsalını hədəfləyir -
dörd ton xammal ehtiyatımız var"
İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi Məclisdə qəbul edilən qanuna uyğun olaraq uranın 20 faiz zənginləşdirilməsi ilə bağlı dəyərləndirmələr edib.
“Haber Global” məlumat verir ki, o, bir il ərzində 20 faiz zənginləşdirilən 120 kiloqram uran istehsal etməyi hədəflədiklərini bildirib:
“Hazırda təxminən dörd ton xammal ehtiyatımız var. Bu səbəbdən məclisin bir ildə 120 kiloqram uran istehsal etmək istəyi bizim üçün əlçatan hədəfdir. Məclisdə qəbul edilən qanunla müəyyənləşdirilən bu miqdara səkkiz aydan az müddətdə çata bilərik”.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: