ABŞ Ukraynaya növbəti hərbi yardım göndərib
ABŞ Ukrayna Silahlı Qüvvələrinə ölkəyə təhlükəsizlik köməyi təşəbbüsü çərçivəsində növbəti hərbi yardım göndərib.
Modern.az xəbər verir ki, Ukrayna ordusu zirehli maşın və qayıqlar əldə edib. Bu haqda ABŞ-ın Kiyevdəki səfirliyi öz tvitter səhifəsində məlumat verib.
Məlumata görə, ABŞ Ukraynanın quru qüvvələri və xüsusi əməliyyat qüvvələrinə 20 “Humvee” zirehli maşını, hərbi-dəniz qüvvələrinə isə 84 qayıq verib.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: