Türk kəşfiyyatı aşkarladı, “Bayraktar” vurdu : PKK terrorçularının “lideri” və 5 mühafizəçisi kül oldu
PKK terror təşkilatının Hakurk “lideri” “Serhat Tendürek” kod adlı Dəniz Dəmir Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalında məhv edilib.
Türk mediası xəbər verir ki, özünü gizlətmək üçün mülki geyimdə olan terrorçunun avtomobilinin PUA-larla vurulduğu ortaya çıxıb.
Həyata keçirilən əməliyyat nəticəsində terrorçubaşı Dəniz Dəmirlə birgə 5 mühafizəçisi də məhv edilib.

Bu arada Türkiyə mətbuatı məhv edilən terrorçu Dəniz Dəmirin, hazırda həbsdə olan HDP lideri Səlahəddin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaşla birgə çəkilmiş fotolarını yayıb. Hansı ki, Nürəddin Demirtaş da uzun illərdir terror təşkilatı PKK-nın sıralarındadır.
“Bayraktar TB2” PUA-larından qaça bilməyən PKK terrorçusu Dəniz Dəmirin daha bir fotosu isə Qəndildə keçirilən toplantıdan yayılıb. Türk mətbuatının yaydığı fotoda Dəniz Dəmirin terror təşkilatına faktiki rəhbərlik edən Duran Kalkan və “Şahin Çilo” kod adlı Ferhat Abdi Şahinlə yanaşı oturduğu görünür./avropa.info
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: