Türkiyədən PKK-ya ardıcıl zərbə -
Bir gündə 8 terrorçu məhv edildi
Türkiyənin təhlükəsizlik qüvvələrinin Qars bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində reallaşdırdığı “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgəyə keçmək istəyən terrorçu qrupa da zərbə vurulub. Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu əməliyyatda 2 PKK/YPG terrorçusu məhv edilib.
Nazirliyin yaydığı digər bir informasiyada bildirilir ki, Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Hakurk bölgəsində yerləşən PKK düşərgələrinə dəqiq zərbələr endirib. Nəticədə 3 terrorçu zərərsizləşdirilib.
Oxunub: 507
Xəbəri paylaş
Paylaş: