ABŞ Milli Kəşfiyyatına Avril Heyns rəhbərlik edəcək
ABŞ Senatı Avril Heynsin Milli Kəşfiyyata direktor təyin edilməsini razılıq verib.
Senatda keçirilən səsvermə zamanı Heynsin lehinə 84 nəfər, əleyhinə isə 10 nəfər səs verib.
Qeyd edək ki, Heyns 2013-2015-ci illər MKİ-nin direktor müavini, 2015-2017-ci illərdə isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini kimi çalışıb.
ABŞ Milli Kəşfiyyatı ölkənin 18 kəşfiyyat xidmətinin fəaliyyətini koordinasiya edir.
Oxunub: 296
Xəbəri paylaş
Paylaş: