Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilib
Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib.
Report xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Aksiya iştirakçıları Qaqik Cangiryan və Armen Xaçaturyaının Ali Məhkəmə Şurasına üzv seçilmələrinə etiraz ediblər.
Onların namizədliyini hakim “Mənim addımım” parlament fraksiyası irəli sürüb.
Armen Xaçaturyan Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasus Xaçaturyanın qardaşıdır.
Müxalifətin qənaətincə, hakimiyyət bununla da məhkəmə sistemini də öz nəzarəti altına alır.
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: