Kolumbiyanın şərqində neft kəməri partladılıb
Naməlum şəxslər Kolumbiyanın şərqində yerləşən neft kəmərini partladıblar.
Bu barədə Məlumata görə, hadisə cümə günü gündüz Saravena (şərqi Arauka departamenti) bələdiyyəsi ərazisində olub. Naməlum şəxslər neft kəmərinin işini pozmaq üçün partlayıcı maddədən istifadə ediblər. Partlayış nəticəsində xəsarət alan olmayıb.Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin məlumata görə, neft kəmərinin partlayışına üsyançı təşkilatlarının üzvləri cəlb olunub.
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: