Məmmədov Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda yer alıb
Məmmədov və Məmmədova soyadları Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğuna daxil olub.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildirilib.Siyahıya əsasən, ölkədə Məmmədov soyadı populyarlığına görə 5-ci, Məmmədova soyadı isə 9-cu yerdədir. Gürcüstanda Məmmədov soyadlı 14 893, Məmmədova soyadlı isə 13 006 nəfər var.Qonşu ölkədə ən çox rast gəlinən soyad isə Beridzedir. Bu familiyanı daşıyanların sayı 29 593 nəfərdir.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: