Meksikada 19 nəfər öldürüldükdən sonra yandırılıb
Polis əməkdaşları Meksikanın şimal-şərqindəki Tamaulipas və Nuevo-Leon ştatlarının sərhədində 19 nəfərin meyitini yandırılmış halda aşkar ediblər.
Report-un məlumatına görə, bu barədə “Milenio” qəzeti xəbər yayıb.
İlkin məlumatlara görə, cəsədləri tapılan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, 2020-ci ildə Meksikada 34 500 qəsdən adam öldürmə cinayəti törədilib.
Oxunub: 163
Xəbəri paylaş
Paylaş: