Meksikada 7,1 maqnitudalı zəlzələ olub -
Sunami həyəcanı elan edilib
Meksikanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat yayıb.
Seysmoloqların bildirdiyinə görə, zəlzələnin episentri Oaxako ştatının Krusesita şəhərindən cənub-şərqdə, 12 kilometr dərinlikdə yerləşib. Şəhərdəki təkanlar yüngül hiss olunub. Sakinlərə hələ mənzillərinə keçmək tövsiyə olunmayıb.
ABŞ-da Sunami təhlükəsi haqqında milli Mərkəz zəlzələdən sonra Meksikanın, Salvadorun və Qvatemalanın qərb sahilləri üçün sunami həyəcanı barədə məlumat yayıb.
Oxunub: 374
Xəbəri paylaş
Paylaş: