Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini keçdi

Rusiyada son sutka ərzində koronavirusa 21 127 yeni yoluxma halı qeydə alınıb, 491 pasiyent ölüb.
Yerli KİV bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 3 719 400, pandemiya qurbanlarının ümumi sayı isə 69 462 nəfərə çatıb. İndiyədək 3,1 milyondan çox xəstə sağalıb.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: