Rusiyada koronavirusa yoluxanların sayı 80 mini ötdü - 747 nəfər ölüb

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 6 361 nəfər artıb, 66 nəfər vəfat edib, 517 pasiyent sağalıb.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Ölkədə indiyədək 80 949 yoluxma, 747 ölüm halı qeydə alınıb, 6 767 nəfər sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Bütün dünyada indiyədək 2 774 135 yoluxma, 190 871 ölüm qeydə alınıb.
Oxunub: 524
Xəbəri paylaş
Paylaş: