Türkiyəyə daha 6,5 milyon doza peyvənd gətirilib -
FOTO
Türkiyənin Çindən sifariş verdiyi koronavirus peyvəndlərinin ikinci partiyasının daşındığı Pekin- İstanbul uçuşunu həyata keçirən təyyarə İstanbula çatıb.
Globall.az “Hürriyet”ə istinadən xəbər verir ki, Çin istehsalı “CoronaVac” peyvəndlərinin daşındığı Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə saat 06:15-də İstanbul Hava Limanına enib.
Peyvəndlərin saxlanıldığı konteynerlər gömrük prosedurlarından keçdikdən sonra təyyarədən götürülərək anbarlara aparılıb.
Qeyd edək ki, Türkiyədə 14 yanvardan etibarən 1 milyon 200 mindən çox insan koronavirusa qarşı peyvənd olunub.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: