Peskov:
“Putini dəstəkləyənlər etirazçılardan çoxdur”
Rusiya Prezidentinin mətbuat katibi Dmitrii Peskov “Rossiya 1” telekanalına müsahibəsində yanvarın 23-də Moskva və digər şəhərlərdə keçirilən aksiyalarda iştirak edənlərin sayının Putini dəstəkləyənlərlə müqayisə çox az olduğunu vurğulayıb:
“Hazırda bir çoxları icazəsiz aksiyalara çoxlu sayda insanın çıxdığını söyləyir. Xeyr, aksiyalara az insan çıxıb, insanların çoxu Putinə səs verir. Eyni zamanda insanların çoxu Konstitusiyaya dəyişikliklərə səs verib. Əgər rəqəmlər müqayisə olunsa, aksiyalarda iştirak edənlərin sayının nə qədər az olduğunu anlayarsınız. Bütün fikirlərə hörmətlə yanaşırıq, ancaq qanunsuz aksiyalara qarşıyıq”.
Qeyd edək ki, rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib.