ABŞ-da aksiyalar keçirilib –
Trampa impiçment tələb edilir
ABŞ-ın bəzi şəhərlərində Prezident Donald Trampa impiçment tələbi ilə aksiyalar keçirilib.
Aksiyalar Kaliforniya ştatının Los-Anceles və San-Fransisko, Nevada ştatının Las-Veqas, Pensilvaniya ştatının Filadelfiya və Pitsburq, Nyu-York ştatının Nyu-York, Massaçusets ştatının Boston, Corciya ştatının Atlanta, Kolorado ştatının Denver, Yuta ştatının Solt-Leyk-Siti şəhərində və digər şəhərlərdə keçirilib.
Aksiyaçılar Donald Trampı hakimiyyətdən getməyə səsləyən plakatlar qaldırıblar.
Ölkəboyu keçirilən aksiyalara 10 minlərlə vətəndaş qatılıb. /APA
Oxunub: 389
Xəbəri paylaş
Paylaş: