BMT-nin eksperti:
"Ermənistandakı AES-in təmiri 3 il gecikib"
Ermənistandakı Atom Elektrik Stansiyasının təmiri ən azı 2-3 il gecikib.
Bunu BMT-nin energetika məsələləri üzrə eksperti Ara Mərcanyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.Onun sözlərinə görə, Ermənistanın enerji ehtiyacının 30 %-i atom stansiyasının payına düşür: “Ötən onilliklər ərzində iri su elektrik stansiyası tikməməklə böyük səhvə yol veriblər. Məhz atom və hidroenergetika Ermənistanın energetika təhlükəsizliyini təmin edə bilər”.A.Mərcanyan qeyd edib ki, AES-in təmir məqsədilə 140 gün müddətinə dayandırılması energetika təchizatında gərgin durum yaradacaq.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: