Qod Nisanov və Zarah İliyev yenə də "Rusiyanın daşınmaz əmlak kralları"dır - Forbes yazır

Əslən Azərbaycandan olan Qod Nisanov və Zarah Iliyev “Rusiyanın daşınmaz əmlak kralları” titulunu qorumağa davam edirlər.
Bu barədə Forbes jurnalı daşınmaz əmlakdan ən yüksək icarə gəliri əldə edən şirkətlərin siyahısını dərc edərək bildirir.

Reytinqdə birinci yeri Qod Nisanov və Zarah İliyevə məxsus "Kievskaya Ploşad" şirkəti tutub. Nəşrin yazdığına görə, şirkət 2020-ci ildə 1,2 milyard dollardan çox gəlir əldə edib. Ən böyük "ploşad" obyektləri arasında "Food City" topdan və pərakəndə qida mərkəzi və "Evropeiskiy" ticarət-əyləncə kompleksi də yer alır.
İkinci yeri 585 milyon dollar icarə gəliri ilə Samvel Karapetyanın "Taşir" şirkəti tutur. Şirkətin əsas obyektləri Dmitrovskoye şossesindəki "Rio" ticarət mərkəzi, çoxfunksiyalı "Kvartal West" kompleksi və "Novotel Moscow City" otelidir.
Üçüncü yerdə olan "Safmar" Mixail və Sait-Salam Qutseriyevi birləşdirir. Qrupun kommersiya daşınmaz əmlak icarəsindən əldə etdiyi gəlir 460 milyon dollardır. Safmar, Moskvanın "Mariott Grand" və "National" otellərinə, "Kaleidoscope" ticarət mərkəzinə və təxminən bir milyon yarım kvadrat metr anbar sahəsinə sahibdir.
Reytinqdə yeni yer alanlar 90 milyon dollar gəlirlə Vladimir Yevtuşenkovun "AFK Sistema" və "RAMO-M" qrupudur (65 milyon dollar).
Forbes jurnalında yalnız şirkətlərin icarə gəlirlərini saydığı izah edilir. İcarədarların öz ehtiyacları üçün istifadə etdikləri sahələr nəzərə alınmayıb./Virtualaz.org
Oxunub: 503
Xəbəri paylaş
Paylaş: