Qarabağda daha 8 erməni hərbçinin meyiti tapılıb
Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonu ərazisində ötən gün aparılan axtarış zamanı daha 8 erməni hərbçinin qalıqları tapılıb.
Bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.
Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.
Axtarış işləri bu gün Xocavənd, Hadrut və Cəbrayıl ərazisində davam etdiriləcək.
Qeyd edək ki, yanvarın 28-dək döyüş bölgəsindən 1 329 erməninin qalıqları aşkarlanıb. Onlardan 15-i mülki vətəndaşdır.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: