Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Gürcüstanda həbsxanalarda saxlanılan Azərbaycan vətəndaşlarının sayı 106 nəfər təşkil edir.
Report-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib.Sənədə əsasən, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər artıb.Vətəndaşların 6-sı ittiham olunan, 96-sı isə məhkumdur. Yerdə qalan 4 nəfər isə yeniyetmədir və məhkumlar arasındadır.Gürcüstanda probasiya nəzarətində olan 31 nəfər Azərbaycan vətəndaşı da var. Onların 28-i kişi, 3-ü qadındır.
Oxunub: 352
Xəbəri paylaş
Paylaş: