Navalnının mətbuat katibi də həbs olundu
Rusiyalı müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmış da həbs edilib.
“RİA Novosti” xəbər verir ki, bu barədə onun vəkili Veronika Polyakova məlumat verib. Yarmış yanvarın 23-də keçirilmiş icazəsiz aksiyada sanitar-epidemioloji normaları pozmaqda ittiham olunur. Ona 9 sutkalıq həbs cəzası verilib.
Qeyd edək ki, bundan əvvəl Navalnının qardaşı Oleq Navalnı, tərəfdaşları – Lyubov Sobol, Oleq Stepanov ev dustaqlığına məhkum ediliblər.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: