Azərbaycan və Türkiyə Ordusu bu gündən birgə hərbi təlimlərə başlayır
Türkiyə və Azərbaycan Silahlı Qüvvələri 1-12 fevral tarixlərini əhatə edəcək birgə hərbi təlimlərə başlayır.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Məlumata görə, Türkiyənin Qars vilayətində keçiriləcək təlimlərin məqsədi birgə əməliyyatlar zamanı qoşunların fəaliyyətlərinin koordinasiyasını təmin etmək, həmçinin yeni silah və nəqliyyat vasitələrini sınamaqdır.
Təlimlərdə tank birləşmələri, artilleriya bölmələri, snayper dəstələri, xüsusi təyinatlılar və aviasiya iştirak edəcək.
Oxunub: 320
Xəbəri paylaş
Paylaş: