Rusiya ordusu koronavirusa görə xüsusi təlimlərə başlayır
Rusiyanın Qərb və Mərkəz hərbi dairələrində qoşunların koronavirus infeksiyasının kütləvi yayılması halında yaranacaq fövqəladə situasiyaların lokallaşdırılması üzrə irimiqyaslı hərbi təlimlər başlayır.
Rusiya KİV-ləri xəbər verir ki, təlim Müdafiə Nazirliyinin yeddi poliqonunda keçiriləcək. Orada hava-kosmik qüvvələrinin, kimyəvi və bioloji mühafizə qüvvələrinin, mühəndis qoşunlarının və tibbi təchizat bölmələrinin iştirak edəcəyi açıqlanıb.
“Təlimlər zamanı karantin və müalicə tədbirlərinin bütün kompleksinin yerinə yetirilməsi ilə bağlı tədbirlər praktikada icra ediləcək, habelə ərazilərin və təyinat rayonlarında obyektlərin dezinfeksiyası həyata keçiriləcək”,-Rusiya Müdafiə Nazirliyi bildirir.
Son məlumata görə Rusiyada koronavirusa yoluxanların sayı mini keçib, hakimiyyət sərt karantin tədbirləri tətbiq etməyə başlayıb.