Nazarbayev: “Soyuq müharibə”nin ikinci versiyasına qayıdırıq…»
Dünyada cəmiyyətlərin və elitaların parçalanması müşahidə olunur. Dünya yeni “soyuq müharibə”yə gedir. Bu barədə fevralın 3-də Qazaxıstan Təlükəsizlik Şurasının başçısı Nursultan Nazarbayev bəyan edib.
«Bu il ərzində postsovet məkanında biz kütləvi siyasi təlatümlər, dövlətlər arasında müharibələr görürük. Ətrafda həm də qeyri-sabit vəziyyətdir. Hətta artıq dayanıqlı inkişafa çatmış ölkələrdə də biz cəmiyyətn və elitanın paçalanmasını müşahidə edirik. Analitiklərin qiymətləndirməsinə görə, dünya yeni qütbləşməyə gedir.
Bu göstərir ki, mübarizənin kəskinləşməsi sadəcə, ayrı-aryı sferalarda getmir. Rəqabət və inkişaf modelləri göstərir ki, mahiyyətcə biz ideologiyaların savaşına qayıdırıq, “soyuq müharibə”nin ikinci versiyasına qayıdırıq…» - eks-prezident bildirib.
Oxunub: 208
Xəbəri paylaş
Paylaş: