Nazarbayevin səhhəti ilə bağlı son məlumat:
"Koronaya yoluxub..."
Qazaxıstan Respublikasının birinci prezidenti, Elbası Nursultan Nazarbayev koronavirusa yoluxub.
Bu barədə Elbası saytı məlumat yayıb.
Keçmiş dövlət başçısının hazırda özünü təcrid şəraitində olduğu deyilir: "Narahatlığa əsas yoxdur, Nursultan Nazarbayev məsafədən işini davam etdirir".
Bununla belə, Nursultan Nazarbayevdə COVİD-19 infeksiyasının hansı simptomlarının aşkarlandığı barədə məlumat verilmir.
Qazaxıstanda bir neçə yüksək ranqlı dövlət məmuru virusa yoluxub. İyunun 17-də parlamentin spikeri Nurlan Niqmatulində koronavirus testi pozitiv çıxıb.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidmətinin rəhbəri Berika Ualidə də koronavirus aşkarlanıb.
Oxunub: 603
Xəbəri paylaş
Paylaş: