Türkiyə “Atmaca” raketini sınaqdan keçirdi -
VİDEO
Türkiyədə Silahlı Qüvvələrinin arsenalına daxil olan yeni uzaqmənzilli gəmi müdafiə raketi sınaqdan çıxarılıb. Türkiyə KİV-i bildirir ki, “Atmaca” adlı yeni raket Qara dənizin Sinop vilayəti sahillərində uğurla sınaqdan keçirilib.
Türkiyə Ordusunun Dəniz Qüvvələri komandanı, admiral Adnan Özbal, Sinop valisi Erol Karaömeroğlu, digər rəsmi şəxslər və hərbi heyət sınaq mərasimində iştirak edib. Admiral Adnan Özbal milli istehsal olan yeni raketin imkanlarını yüksək dəyərləndirib.
Oxunub: 397
Xəbəri paylaş
Paylaş: