NASA-nın yer kürəsinə gətirməyə çalışdığı qızıl asteroid...
ABŞ Milli Aviasiya və Kosmik Agentliyinin yeni layihəsi dünya ictimaiyyətini təəccübləndirib.
Son illər bir çox ölkələr kosmik tədqiqatlarını sürətləndirərkən, ABŞ Milli Aviasiya və Kosmik Agentliyinin qızıl və qiymətli metallarla yüklənmiş bir asteroid kəşf etmək missiyası ən maraqlı layihələrdən biri kimi qiymətləndirilir.
Kosmik alimlərin ilkin hesablamalarına görə “Psyche 16” kod adlı qızıl asteroidin ümumi dəyəri 700 milyard dollar təşkil edir. Bütün bu mənbələr bərabər paylanarsa, dünyada hər bir insan 93 trilyon dollar qazana bilər.
Lakin mütəxəssislər bunun indiki iqtisadiyyatın qaydaları altında mümkün olmadığını vurğulayıblar. Təchizat artqıca qiymət azalır, yəni qızıl bazara çıxarılarsa, elə də bir yüksək qiyməti olmayacaq.
2022-ci ildə NASA “Psyche metal dünyaya səyahət” missiyası altında qazma işlərinə başlayacaq və Florida ştatındakı Kennedi kosmik mərkəzindən pilotsuz kosmik raket atmağı hədəfləyir. Asteroidin 21 ay müddətində araşdırılması və dəqiq tənzimlənməsi gözlənilir.
Bu cür qiymətli metalların “Psyche 16”da olması yeni bir sualın yaranmasını ortaya çıxarır. Kosmosda mədənçilik mümkün olacaqmı?
1967-ci ildə Vaşinqtonda qəbul edilən və 104 ölkənin imzaladığı “Xarici Kosmik Saziş”ə görə heç bir özəl və ya ictimai təşkilat Ayın və ya göy cisimlərinin qaynaqlarından istifadə edə bilməz.
1979-cu ildə isə imzalanan Ay Konvensiyasına əsasən Ayın və bütün göy cisimlərinin mənbələrindən bəşəriyyətin ortaq mirasının bir hissəsi olduğu bildirilir. Buna görə bəzi ölkələrin və özəl qurumların kosmik ehtiyatları bəşəriyyətin xeyrinə istifadə edə biləcəyi iddia edilir.
2015-ci ildə ABŞ-da qəbul edilən kosmik akt qanunu isə ölkə vətəndaşlarına kosmosda ticarət axtarışları aparmaq və bunun üçün hüquqa sahib olduqularını tanıyıb. Sözü gedən qanunun isə Xarici Kosmos Sazişinin əleyhinə olduğu bildirilir.
Rusiya, Çin və Hindistanın isə bu razılaşmadan geri çəkiləcəyi təxmin edilir.