Tovuzlu üçəmlər Bakıda doğuldu -
VİDEO
Bakıda İNTERNATİONAL MEDİCAL CENTER 1 klinikasında Tovuzlu Musayevlər ailəsinin üçəm uşaqları - bir oğul, iki qız uşağı dünyaya gəlib. Klinikanın gənc və perspektivli cərrah mama-ginekoloqu Fatimə Oruczadənin təqibi, nəzarəti və nəticədə cərrahi doğuşla dünyaya gələn körpələrin sağlam doğulmaları həm ailəyə, həm də ailə yaxınlarına böyük sevinc bəxş edib.
Türk dünyasının sayı daha üç nəfər artdı - həkimlərimizin sayəsində. Hər gənc ailəyə sevinc yaşadan, Rusiyada təhsil alsa da Azərbaycanda yaşamağa və işləməyə üstünlük verən, öz həmvətənlərinin sağlamlığı keşiyində duran doktor Fatimə xanıma və onun timsalında həkimlərimizə var olun deyirik. Və aşağıda həm tibbi kollektivin, həm də ailənin sevincini əks etdirən videonu təqdim edirik. /Globall.az