Qətlə yetirilən Fatimə haqda ŞOK faktlar: - məktəbdən çıxarılıb, sonra…

Qətlə yetirilən Fatimə haqda ŞOK faktlar: məktəbdən çıxarılıb, sonra… - VİDEO20 gün öncə toyu olan və dünən 19 yaşlı əri İman Məmmədovun boğaraq öldürdüyü 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı əlavə məlumatlar ortaya çıxıb.
Cenubxeberleri.com xəbər verir ki, Fatimənin atası İbrət Qəmbərov onun anası ilə rəsmi nikah olmadan bir yerdə yaşayıb və bir il sonra ayrılıblar. Atasının Fatiməgildən əvvəl başqa ailəsi olub. Anası sonra 2-ci dəfə ailə həyatı qurub Bakıya köçsə də, Fatimə Həsənli kənddə nənəsi ilə yaşayıb.
2019-cu ilin oktyabrında anası Fatimənin məktəbdən çıxarılması üçün təkid edib və onu Rusiyada yaşayan babasının yanına aparacağını bildirib. 2019-cu il noyabrın 1-də ananın təkidi ilə Fatimənin məsələsi məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq məktəbdən azad edilib. Bundan əvvəl isə ailə Fatimənin 9-cu sinfi bitirməsi haqqında attestatı məktəbdən alıb.

İki ay sonra, yəni yanvarın 5-də Masallıda şadlıq saraylarının birində onun üçün qız toyu olub, yanvarın 10-da İman üçün Çaxırlı kəndindəki “Möcüzə” şadlıq sarayında toy edilib və Fatimə Xoşçobanlı kəndinə gəlin köçüb.
19 yaşlı İman isə boyu balaca olduğu üçün hərbi xidmətə getməyib, Sumqayıt şəhərində kolleclərin birində əyani təhsil alırmış. Onun özündən balaca iki bacısı da var. Atası hadisə baş verən gün Sumqayıta gedərək oğlunun ailəsi üçün kirayə ev axtarırmış.
Fatimə Qəmbərova bu gün dəfn olunacaq.
Oxunub: 783
Xəbəri paylaş
Paylaş: