Zakir Həsənov iki korpus komandirini ehtiyata buraxdı - RƏSMİ /FOTO

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat əldə edib.
Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə 3-cü ordu korpusu – Şəmkir hərbi birləşməsinin komandiri, general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb.

Digər əmrlə 4-cü Ordu korpusunun – Bakı hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov ehtiyata buraxılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə hər iki generalın vəzifəsindən kənarlaşdırılması barədə məlumatlar yayılmışdı.
Oxunub: 923
Xəbəri paylaş
Paylaş: