Ərdoğan bu gün Türkiyənin Milli kosmik proqramını təqdim edəcək
Türkiyənin Milli kosmik proqramının təqdimatı bu gün, fevralın 9-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimdə olacaq.
“Anadolu” agentliyi bildirir ki, Türkiyə liderinin Ankaradakı Administrasiyasında keçiriləcək mərasimin açılışı yerli vaxtla saat 19:00-a planlaşdırılıb.
Ölkənin kosmik sahədə məqsədlərinin, həmçinin Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin himayəsi altında reallaşdırılacaq layihələrin açıqlanacağı nəzərdə tutulur.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: