“Ulduz müharibələri” başlayır? –
Supergüclər kosmik qüvvələr yaradır
Qeyd etmək lazımdır ki, bundan əvvəl Rusiya aviasiya qüvvələrini Hava Kosmik Qüvvələri adlandırmaqla kosmosdakı hərbi fəaliyyətlərini leqallaşdırıb. Bir neçə gün əvvəl isə Rusiya Müdafiə Nazirliyi Kosmik Raket Qalxanı sistemini – “Kupolu” təqdim edib. Bu proqamla əlaqədar olaraq 2015, 2017 və 2019-cu illərdə Rusiya kosmosa erkən xəbərdarlıq peyki “Tundura”nı kosmoa göndərib.
Yeni dünya gücü Çin isə yaxın illərdə milli Kosmik Stansiya yaratmağa hazırlaşır. Bu isə gələcək müharibələrin kosmosda olacağı ilə bağlı iddiaları gücləndirir. “Soyuq müharibə” illərində aktual olan kosmos müharibələri yenidən aktuallaşır, bu dəfə daha real bir şəkildə. Çünki texnologiya artıq inkişaf edib və bir çox ölkələr kosmik layihələrə sahibdir.