Netanyahu Putinlə danışdı -
Yaxın Şərq, region, dünya...
Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
RİA Novosti bildirir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
“İsrail tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər arasında Yaxın Şərqdəki mövcud vəziyyət, beynəlxalq və regional gündəmin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Putinlə Netanyahu arasında son söhbət ötən il dekabrın sonlarında olmuşdu. O zaman bildirilmişdi ki, ölkə liderləri əməkdaşlığın genişləndirilməsi, koronavirusa qarşı mübarizə və Suriyadakı aktual vəziyyəti müzakirə ediblər.
Oxunub: 391
Xəbəri paylaş
Paylaş: