Lavrov Mnatsakanyanla Qarabağı müzakirə etdi
Rusiyanın və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Qeyd edilib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
"İkitərəfli münasibətlərdəki bir sıra aktual məsələlər, koronavirus infeksiyası ilə mübarizəyə dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə Qarabağ münaqişəsinin tənzimlənməsinin irəliləməsi üçün gələcək addımları da müzakirə ediblər”, - deyə Ermənistan XİN-in məlumatında bildirilib.
Oxunub: 387
Xəbəri paylaş
Paylaş: