Paşinyanın daha bir rəqibi Moskvaya gedir
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan Moskvaya gedir.
Bu barədə “Hraparak” nəşri yazıb.
Məlumata görə, müxalifətin parlamentdəki lideri və baş nazir Nikol Paşinyanın rəqiblərindən biri bir neçə gün ərzində Rusiyanın paytaxtında olacaq. Səfərin məqsədi açıqlanmayıb.
Bildirilir ki, Tsarukyan fevralın 20-də Ermənistan müxalifətinin təyin etdiyi mitinqdə iştirak edəcək.
Xatırladaq ki, bundan əvvəl Paşinyanın digər rəqibi, keçmiş prezident Robert Koçaryan da Moskvada olub. Onun da səfərinin detalları açıqlanmayıb.
Oxunub: 274
Xəbəri paylaş
Paylaş: