Qarabağda daha 3 erməni hərbçisinin meyiti tapıldı
Fevralın 12-də Vətən müharibəsinin getdiyi döyüş meydanlarında aparılan axtarış nəticəsində daha 3 erməni hərbçisinin meyiti tapılıb.
“Sputnik Ermənistan” bildirir ki, meyitlər Qubadlının Xanlıq kəndində aşkarlanıb.
Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar zamanı döyüş meydanlarından tapılan erməni əsgər meyitlərinin sayı 1374-ə çatıb.
Azərbaycan Ordusu erməni axtarış qruplarına fevralın 13-də Hadrut istiqamətində axtarışları davam etdirməyə icazə verib.
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: