"O, dəli kimi mübarizə apardı" - Klopp
Britaniya mətbuatı xəbər verir ki, o, ölkə çempionatında ilk dəfə oynayan yapon yarımmüdafiəçi ilə bağlı deyib:
"O, gözlədiyimizdən də yaxşı oynadı.Ötən gecə Takumi üçün böyük bir addım oldu. Sən yeni oyunçusan və bu cür döyüşə daxil olursan. Mən təkcə bacarıqları deyil, xarakteri də nəzərdə tuturam. O, dəli kimi mübarizə apardı, çoxlu epizodda iştirak etdi. Onun üçün super başlanğıc idi".
Qeyd edək ki, 24 yaşlı T.Minamino 33-cü dəqiqədə Sadio Manenin əvəzinə meydana daxil olub.
Oxunub: 364
Xəbəri paylaş
Paylaş: