Rusiyada pandemiya qurbanlarının sayı 80 520-yə çatıb
Rusiyada son bir gündə daha 14 207 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 086 090 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 394 nəfər artaraq 80 520-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 607 036 nəfər sağalıb.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: