ABŞ-ın 24 ştatına rekord şaxta qeydə alınıb
ABŞ-ın bir çox hissəsində rekord dərəcədə ən aşağı temperatur qeydə alınıb. Report-un məlumatına görə, bu barədə ölkənin Milli Meteoroloji Xidməti tvitterdə açıqlayıb.
Beləliklə, Texasın Korpus-Kristi və Hyuston şəhərlərində temperatur mənfi 8 dərəcəyə düşüb, bu 1895 və 1905-ci illərdən bəri rekord göstəricidir. Minnesota ştatının Hibbinq şəhərində hava 1939-ci ildən bəri ilk dəfə mənfi 38 dərəcəyə düşüb.
Nebraskada 1881-ci ildən indiyənədək ilk dəfə mənfi 31 dərəcə soyuq qeydə alınıb. Ümumilikdə ABŞ-ın 24 ştatına rekord şaxta qeydə alınıb.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: