Rusiya və Pakistan silah tədarükünə dair müqavilə imzalayıblar
Rusiya və Pakistan arasında tank əleyhinə sistemlərin, hava hücumundan müdafiə sistemlərinin və atıcı silahların tədarükü ilə bağlı müqavilələr imzalanıb.
“RİA Novosti” xəbər verir ki, bunu Pakistan Ordusunun Baş Qərargah rəisi general Kamar Caved Bacva öz açıqlamasında deyib.
Bu barədə o, Pakistanda sona çatan beynəlxalq AMAN-2021 hərbi təlimləri zamanı çıxışında elan edib. Rusiya Hərbi-Texniki Əməkdaşlıq Xidməti bu barədə hələlik açıqlama verməyib.
General son illərdə Pakistanın Rusiyadan “Mi-35” döyüş helikopterləri aldığını da xatırladıb.
Oxunub: 363
Xəbəri paylaş
Paylaş: